Home » “Expressbank” və Azərbaycan Dövlət İqtisad Universiteti arasında memorandum imzalandı

“Expressbank” və Azərbaycan Dövlət İqtisad Universiteti arasında memorandum imzalandı

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Sadəcə bank və maliyyə sektorunda deyil, təhsil və karyera planlaması sahəsində də uğurlu fəaliyyətini davam etdirən “Expressbank”, gənclərin və tələbələrin inkişafına dəstək olmaqdan, bu istiqamətdə səmərəli işlərini və əməkdaşlığını genişləndirməkdən məmnunluq duyur.

Daha bir sıx və uğurlu əməkdaşlığın təməli isə Azərbaycan Dövlət İqtisad Universitetində atılmışdır. Belə ki, 26 oktyabr 2022-ci il tarixində “Expressbank” ASC-nin İdarə Heyətinin sədri Mehman Məmmədov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun iştirakı ilə “Expressbank” ASC və “UNEC” arasında gələcək əməkdaşlığa dair memorandum imzalanmışdır.

Görüş zamanı müasir dövrdə maliyyə təşkilatları ilə universitetlərin sıx əməkdaşlığının nəticələri, müəyyən bacarıqların həlledici əhəmiyyəti və digər strateji məsələlər haqqında faydalı müzakirələr aparılmışdır. Həmçinin, bank və universitet arasında olan əməkdaşlığın daha intensivləşdirilməsi və inkişafı nəzərdən keçirilmişdir.  “Expressbank”  daim tələbələrin inkişaf yolunda onların yanında yer almaqdan və dəyər yaradan bank olmaqdan məmnundur və bu yöndə olan məhsuldar fəaliyyətini davam etdirəcəkdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.