Home » “Expressbank”dan Gürcüstana pul köçürmələrində yenilik

“Expressbank”dan Gürcüstana pul köçürmələrində yenilik

by khayale
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Expressbank beynəlxalq əməliyyatlar üzrə əhatə dairəsini genişləndirməyə davam edir. Bank bu dəfə “Bank of Georgia”da müxbir hesab açıb. Müştərilər pul köçürmələrini 3 valyutada (dollar, avro, Gürcüstan larisi) həyata keçirə bilərlər.

Qeyd edək ki, yaxın günlərdə Expressbank Çin ilə ticarət əlaqələri olan yerli sahibkarların və biznes strukturlarının daha rahat fəaliyyəti üçün “Zhejiang Chouzhou Commercial” bankında müxbir hesab açmışdı.

Yeni əməkdaşlıqlar münasibətilə Bank Gürcüstan və Çinə pul köçürmələri üzrə yeni kampaniyaya start verib. Belə ki, “Avtomobil alışı və logistikası” təyinatlı SWIFT köçürmələri ABŞ dolları və avro ilə edildikdə komissiya 0,2% olacaq.

Komissiya: 30-400 dollar/30-300 avro.

Təklif 29 dekabr 2023-cü ilə tarixinədək keçərlidir.

Xarici pul köçürmələri etmək istəyən müştərilər “Expressbank”ın digər müxbir hesabları ilə buradan tanış ola bilərlər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.