0
![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
“Whatsapp”, “Instagram”, “Facebook” kimi bir sıra beynəlxalq sosial media tətbiqetmələrinə malik olan “Facebook” şirkətinin səhmləri öz dəyərini itirib.
4 oktyabr tarixində şirkətin sosial media tətbiqetmələrində bütün dünyada yaşanan xətalar səbəbindən şirkətin səhm dəyəri 4.89% (16.78 dollar) azalaraq 326.23 dollar səviyyəsində qərarlaşıb. Bu isə, 9 noyabr tarixindən bu yana qeydə alınan ən böyük geriləmədir.
Şirkət rəsmisi dünən yaranan problem səbəbindən ictimaiyyətdən üzr istəyib.