Home » “Facebook”, “Instagram” və “WhatsApp”da yaranmış problemin səbəbi açıqlanıb

“Facebook”, “Instagram” və “WhatsApp”da yaranmış problemin səbəbi açıqlanıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Məlum olduğu kimi, 4 oktyabrda bir neçə saat ərzində “Facebook”, “Instagram” və “WhatsApp” istifadəçiləri adıçəkilən platformalara daxil ola bilməyiblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, “Facebook” şirkəti tərəfindən açıqlanan məlumata əsasən, “Facebook”, “Instagram” və “WhatsApp” xidmətlərinin göstərilməsində dayanmalara konfiqurasiyada səhvən edilən dəyişiklik səbəb olub.

Şirkətin data mərkəzləri arasında trafiki təşkil edən əsas şəbəkə qurğularının konfiqurasiyasında edilən dəyişikliklər daxili sistem və şəbəkələrə təsir göstərib və bərpa prosesini çətinləşdirib.

Şirkət tərəfindən verilən məlumata görə, hazırda istifadəçilərin məlumatlarının sızmasına dair hər hansı sübut yoxdur.

Bu istiqamətdə əlavə hər hansı yenilik olarsa, ictimaiyyəti məlumatlandıracağıq.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.