
6 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Falcon Finance” BOKT MMC-nin ümumi buraxılış həcmi 400,000 (dörd yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi 19 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “Falcon Finance” BOKT MMC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2002025321 |
| İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
| Ticarət üsulu / forması | Kütləvi / Birqiymətli |
| İstiqrazın sayı | 400 (ədəd) |
| İlkin ticarət qiyməti | 1,000 manat |
| İstiqrazın buraxılış həcmi | 400,000 manat |
| İllik gəlirlilik faizi | 15% |
| Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 30 (otuz) gündən bir |
| Tədavül müddəti | 18 ay |
| Ticarətə buraxılma tarixi | 19.11.2024 |
| Anderrayter | “PSG-Capital İ.Ş” ASC |




