Home » FED-dən 2023-cü il faiz qərarları ilə bağlı yeni açıqlama

FED-dən 2023-cü il faiz qərarları ilə bağlı yeni açıqlama

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Amerikanın Mərkəzi Bankı (FED) 2023-cü ildə faiz qərarları ilə bağlı yeni açıqlamasını elan edib.

BBN.az Yahoo Finance-yə istinadən xəbər verir ki, bank elan edib ki, 2023-cü ildə heç bir faiz azaldılmasından söhbət gedə bilməz, çünki inflyasiya riski yüksək olaraq qalır.

Rəsmilərin bildirdiyinə əsasən əmək bazarı güclü qalmaqda davam edir və işsizlik dərəcəsi tarixi aşağı səviyyədədir. Əmək haqları, iş vakansiyaları yüksəkdir. Bundan dolayı nominal əmək haqlarında yüksək inkişaf müşahidə edilir.

Qeyd edilir ki, rəsmilər inflyasiya rəqəmləri ilə bağlı qeyri-müəyyənliklər müşahidə etməkdədirlər. Məsələn, Çin o-Covid strategiyasını yumşaldıb, Rusiya Ukraynada müharibəyə davam edir və qlobalda bir çox Mərkəzi Bankların pul siyasətinə təsir edir.

FED dekabrın ortasında qəbul etdiyi sonuncu qərarında faiz dərəcələrini 50 baza bəndi artırmışdı və onu 4.25-4.5% aralığında saxlamışdı, bu isə 2007-ci ildən bəri ən yüksək dərəcə idi. Mərkəzi Bank isə ötən ay proqnoz edirdi ki, faiz dərəcələri 2023-cü ilin sonunda pik həddə 5.1%-ə çatacaq. Analitiklər isə qeyd edirlər ki, FED faiz dərəcələrini hazırkı 4.25-4.5 aralığından özünün ən pik həddinə 5.4-ə çatdıracaq, daha sonra isə “saxlama düyməsinə” basacaq.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.