Home » FED-in uçot faiz dərəcəsi ilə bağlı növbəti görüşü dekabrın 12-13-də olacaq

FED-in uçot faiz dərəcəsi ilə bağlı növbəti görüşü dekabrın 12-13-də olacaq

by anar
0 comment 4 views 1 minutes read

ABŞ Mərkəzi Bankının (FED) uçot faiz dərəcəsi ilə bağlı növbəti görüşü dekabrın 12-13-də olacaq.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, bu həftə FED-in növbəti qərarı üçün vacib olan – illik istehlakçı qiymət indeksi və istehsalçı qiymət indeksləri oktyabrda yarıya qədər azalıb.

Hazırda isə ölkədə uçot faiz dərəcəsi 5.50, inflyasiya isə 3.24%-dir. Ötən ay bu rəqəm 3.70%, keçən il isə 7.75% (hədəf 2%) olub. Rəqəmlər ona işarə edir ki, Mərkəzi Bank 2024-cü ilin sonuna qədər uçot faiz dərəcəsini yarıya qədər azaldacaq.

Bazar artıq açıqlanan müsbət rəqəmlərə reaksiya verir və belə bir gözlənti var ki, FED uçot faiz dərəcəsini aqressiv şəkildə azaltmağa başlayacaq. Ancaq bildirilir ki, Mərkəzi Bankın dekabrdakı iclasındakı qərarı dəyişkən ola bilər, çünki bu iclasa qədər daha 2 inflyasiya hesabatı açıqlanacaq.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.