Home » FED iyuldakı 2 günlük iclas ilə bağlı xülasə paylaşıb – Proqnozlar

FED iyuldakı 2 günlük iclas ilə bağlı xülasə paylaşıb – Proqnozlar

by anar
0 comment 3 views 1 minutes read

ABŞ Mərkəzi Bankı (FED) özünün iyuldakı 2 günlük iclası ilə əlaqədar xülasə paylaşıb. 

BBN.az xəbər verir ki, xülasədə inflyasiyaya toxunulub və gələcəkdə iqtisadi vəziyyət dəyişənə qədər faiz artımlarının ola biləcəyinin xəbərdarlığını verib. 

“İnflyasiya hələ də Komitənin uzunmüddətli hədəflərindən yüksək olaraq qalır və əmək bazarı güclüdür, bəzi üzvlər isə inflyasiyanın artımı üçün risklərin olduğuna inanır. Bu isə monetar siyasətdə daha da sərtləşmənin ola biləcəyinə işarədir”, – deyə FED-in hazırladığı xülasədə qeyd edilib.  

Qeyd edək ki, iyuldakı iclasından sonra Mərkəzi Bankın açıqladığı əsas faiz dərəcələri 5.25-5% arasında dəyişir və bu isə son 22 ilin ən yüksək həddindədir. Bəzi FED rəsmiləri isə bu fikirdədir ki, bu il faiz azalmaları ola, ancaq növbəti ildə isə artımlar davam edə bilər. Eyni zamanda əlavə edilir ki, Mərkəzi Bank 1970-ci ildəkinə oxşar kritik xətadan qaçmalıdır. Belə ki, həmin zaman faiz dərəcələri artırılırdı, ancaq daha sonra azalmaya getdikdə, inflyasiya olduqca yüksəlmişdi. Hazırda ABŞ-da illik inflyasiya 3.18%-dir. Bu isə FED-in 2%-lik hədəfindən uzaq görünür. 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.