Home » FedEx-in CEO-su, milyarder qlobal iqtisadiyyat ilə bağlı pessimist fikirdədir

FedEx-in CEO-su, milyarder qlobal iqtisadiyyat ilə bağlı pessimist fikirdədir

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

FedEx-in CEO-su Raj Subramaniam cümə axşamı CNBC-də Jim Cramer-ə bildirib ki, o, inanır ki, qlobal iqtisadiyyatda iqtisadi tənəzzül tezliklə baş verəcək.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, FedEx CEO-nun belə bir pessimist fikrə gəlməyinə səbəb isə I rüb ilə bağlı təxminlərinin doğru olmaması ilə bağlı olub. Şirkət, eyni zamanda özünün 2022-ci illə bağlı maliyyə proqnozunu da geri çəkib.

O, Cramer-in dünya iqtisadiyyatının qlobal tənəzzülə daxil olub-olmaması ilə bağlı sualına cavab olaraq deyib ki, “Mən belə fikirləşirəm, bilirsiniz ki, bu rəqəmlər real mənzərəni əks etdirmir”.

Cümə axşamı isə FedEx-in səhmləri ticarətdə 15% aşağı enib.

Milyarder jurnalistin “Mad Money” verilişində ikən müsahibəsində bildirib ki, “Burada təqdim etdiyimiz nəticələrdən çox məyusam və bilirsiniz ki, üzləşdiyimiz vəziyyət makro situasiya ilə bağlıdır”.

2022-ci ilin əvvəllərində baş icraçı direktor təyin edilən Raj qeyd edib ki, qlobal göndərmə həcmlərinin azalması FedEx-in məyusedici nəticələr göstərməyinə səbəbdir. Şirkət Çində Covid-dən dolayı bağlanan fabriklərini açdıqdan sonra gözləyirdi ki, tələbdə artım olacaq, amma əslində isə azaldı: “Həftədən həftəyə bu yalnız aşağı endi”.

CEO, həmçinin, həcm itkisinin geniş olduğunu və şirkətin iyun ayında investor günündən bəri həftəlik azalma müşahidə etdiyini söyləyib.

“Biz dünyanın hər seqmentində həcmin azaldığını görürük və bilirsiniz ki, ikinci rübümüzə yenicə başlamışıq”, – dedi. Həftəlik rəqəmlər o qədər də yaxşı görünmür, ona görə də iqtisadi vəziyyətin həqiqətən yaxşı olmadığını güman edirik”.

Daha sonra “başda dünyadakı yüksək dəyərli iqtisadiyyat olmaq üzərə, hər kəsin işinin bir yansımasıyız”, – deyib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.