Home » Fermerlər müasir suvarma sistemləri barədə məlumatlandırılıblar

Fermerlər müasir suvarma sistemləri barədə məlumatlandırılıblar

by anar
0 rəy 8 baxış 1 dəqiqə oxuma

Sahibkarların və müvafiq qurumların nümayəndələrinin iştirakı ilə Cəlilabadda keçirilən tədbirdə fermerlərə müasir suvarma qurğuları, onların əldə edilməsi, məhsulun sığortalanması ilə bağlı məlumat verilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbiri Cəlilabad rayonunda keçirilib. Fermerlərin müasir suvarma sistemləri qurğularının əldə edilməsi istiqamətində qarşılaşdıqları çətinliklərin öyrənilməsinə həsr olunmuş görüşdə Cəlilabad Rayon İcra Hakimiyyəti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Standartlaşdırma İnstitutu, “Aqrar Tədarük və Təhcizat” ASC, “Aqroservis” ASC, bir sıra sığorta və lizinq şirkətlərinin nümayəndələri və 30-ə yaxın sahibkarlıq subyekti iştirak ediblər.

Tədbirdə fermerlərə müasir suvarma qurğuları, onların əldə edilməsi, eləcə də soyuducu kameralarının qurulması, məhsulun sığortalanması ilə bağlı məlumat verilib, sahibkarların çətinlikləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.