
11 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FERRUM Kapital” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2022022282 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 18.02.2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “FERRUM CAPİTAL” QSC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2022022282 |
| İstiqrazların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi / Birqiymətli Hərrac |
| İstiqrazların sayı | 40,000 ədəd |
| İlkin ticarət qiyməti | 100 manat |
| İstiqrazların buraxılış həcmi | 4,000,000 manat |
| İllik gəlirlilik faizi | 14% |
| Hərrac qiyməti | 100 manat |
| İstiqrazların reallaşdırılmış həcmi | 4,000,000 manat |
| İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) | 4,000,000 manat |
| İnvestor sayı | 51 |
| Sifariş sayı | 51 |
| Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
| Tədavül müddəti | 12 ay |
| Anderrayter | “UniCapital İnvestisiya Şirkəti” ASC |





