Home » FHN-in 20 illiyi və peşə bayramı münasibətilə təntənəli mərasim keçirib

FHN-in 20 illiyi və peşə bayramı münasibətilə təntənəli mərasim keçirib

by Zeyneb
0 comments 4 views 2 minutes read

Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü və nazirliyin yaradılmasının 20-ci ildönümü münasibətilə təntənəli mərasim təşkil olunub.

Mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli, bir sıra xarici ölkələrin fövqəladə hallar qurumlarının yüksək vəzifəli nümayəndələri, Azərbaycan FHN-in əməkdaşları, könüllülər və media təmsilçiləri iştirak ediblər.

Tədbir çərçivəsində iştirakçılar FHN Akademiyasında nazirliyin strukturuna daxil olan qurumların istifadəsində olan müasir texnika və avadanlıqlardan ibarət sərgi ilə tanış olublar. Daha sonra Dövlət Himni səsləndirilib, FHN-in şəxsi heyətinin təntənəli keçidi baş tutub.

Mərasim FHN Akademiyasının akt zalında davam etdirilib. Burada nazirliyin 20 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov peşə bayramı və yubiley münasibətilə FHN-in şəxsi heyətini təbrik edərək, onların çətin və məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb. Nazir bildirib ki, ötən 20 il ərzində dövlət başçısının diqqət və qayğısı sayəsində FHN müasir maddi-texniki bazaya malik, peşəkar dövlət qurumu kimi formalaşıb.

Nazirin sözlərinə görə, bu müddət ərzində nazirlik üçün 1134 ədəd xüsusi texnika, o cümlədən 789 yanğınsöndürmə avtomobili alınıb, ölkə üzrə doqquz regional mərkəz yaradılıb, yanğından mühafizə üzrə 80 yeni depo binası inşa olunub.

K.Heydərov qeyd edib ki, 2008-ci ildə yaradılan FHN Akademiyası indiyədək 1650 bakalavr və 121 magistr məzunu yetişdirib. O, həmçinin son 20 ildə fövqəladə hadisələrin sayının artmasına baxmayaraq, insan tələfatının azalmasını nazirliyin çevik və effektiv fəaliyyətinin mühüm göstəricisi kimi dəyərləndirib.

Nazir vurğulayıb ki, təkcə 2024-cü il ərzində “112” qaynar xəttinə 2,2 milyona yaxın zəng daxil olub ki, bu da əhalinin FHN-ə olan yüksək etimadının göstəricisidir. Eyni zamanda, FHN-in Vətən müharibəsi dövründə və işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi fəaliyyətlər xüsusi qeyd olunub.

Tədbirdə çıxış edən xarici qonaqlar Azərbaycan FHN-in 20 il ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, beynəlxalq əməkdaşlıq və humanitar əməliyyatlarda peşəkar fəaliyyətini təqdir ediblər.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları oxunub, xidmətdə fərqlənən bir qrup FHN əməkdaşına ali hərbi və ali xüsusi rütbələr, eləcə də təltiflər təqdim edilib.

Sonda mərasim iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub. Tədbir bədii hissə ilə başa çatıb.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.