Home » FİNTEX SAMMİT 2023 çərçivəsində baş tutan yan tədbirlər

FİNTEX SAMMİT 2023 çərçivəsində baş tutan yan tədbirlər

by anar
0 comments 10 views 1 minutes read

Bildiyiniz kimi, Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən 13-14 iyun 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə ənənəvi FİNTEX SAMMİT 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO): “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” tədbiri keçirilmişdir. Sammit çərçivəsində 3 yan tədbir təşkil edilmişdir.

Bunlardan ilki, 12 iyun 2023-cü il tarixində ABA və dünyada maliyyə institutlarına təhlükəsiz, standartlaşdırılmış, etibarlı mühitdə maliyyə əməliyyatları üzrə ixtisaslaşan “SWIFT” şirkətinin birgə əməkdaşlığı çərçivəsində “Bulud Alyansı” (Alliance Cloud) mövzusunda baş tutan vebinar olmuşdur. Vebinarın spikeri Avropa, Rusiya, Qafqaz və Mərkəzi Asiyadakı banklara infrastrukturun təkamülünə dəstək verən və “SWIFT” şirkətinin baş həll memarı (Senior Solution Architect) Olivier Verbanck olmuşdur. Onlayn görüş zamanı “Bulud Alyansı”nın əsas funksiyaları, həmçinin onun Azərbaycan banklarına etibarlı və sərfəli bağlantı qurmağa necə kömək edə biləcəyi məsələlərinə toxunulmuşdur.

Digəri, 13 iyun tarixində tədbirin Baş Sponsoru – Azimut Təchizat MMC şirkətinin İT və Təchizat peşəkarları üçün Tayvanın ACER şirkətinin məhsul və həllər meetup-təqdimatı keçirilmişdir. “The best is yet to come” sloqanı altında keçirilən 2 hissəli meetup-da 100-ə yaxın bank, pərakəndə şəbəkələri, dövlət qurumlarının nümayəndələri iştirak etmişdir.

Son olaraq, 14 iyun tarixində Azərbaycan Bank Tədris Mərkəzi və Türkiyənin “Projera” şirkətinin birgə təşkilatçılığı ilə “Agile idarəetməyə keçid prosesi üzrə Türkiyə təcrübəsi” mövzusunda seminar keçirilmişdir. Seminarda “Agile” və “Scrum”un banklarda transformasiyaya verdiyi töhfə, Türkiyə banklarında uğurlu çevik transformasiya prosesləri, çevik liderlik kimi mövzulara toxunulmuş, bankların (ING Bank, Ziraat Katılım, Kuveyttürk və s.) və digər qurumların (Turkcell, Architecht və s.) təcrübələri paylaşılmışdır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.