Home » FİNTEX SAMMİT İSTANBUL 2023 TƏDBİRİ BAŞA ÇATDI

FİNTEX SAMMİT İSTANBUL 2023 TƏDBİRİ BAŞA ÇATDI

by khayale
0 rəy 7 baxış 1 dəqiqə oxuma

Azərbaycan Banklar Assosiasiyası ilə Türkiyə Banklar Birliyinin təşkilatçılığı, VISA ilə tərəfdaşlıq çərçivəsində keçirilən FINTEX SAMMİT İSTANBUL 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbiri başa çatıb.

Sammit 5-6 dekabr 2023-cü il tarixində, Türkiyənin İstanbul şəhərində, Wyndham Grand Istanbul Levent mehmanxanasında keçirilmişdir. Sammitin mövzusu “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” olmuşdur.

Ümumilikdə tədbirə iki gün ərzində 150-ə yaxın şirkət, 1000-ə yaxın yerli və xarici iştirakçı qatılmışdır.

Sammit doqquz paneldən ibarət olmaqla “Maliyyənin Gələcəyi: Rəqəmsal Transformasiya və İnnovasiya” VISA Xüsusi Sessiyası; Rəqəmsal bankçılıq məhsulları və xidmətləri; Maliyyə xidmətlərində texnologiyadan istifadə; Ödəniş sistemləri; Rəqəmsal və məsafədən onbordinq; Rəqəmsal bankçılığın tənzimlənməsi; Rəqəmsal maliyyədə AML/CFT; Maliyyə texnologiyaları və trendləri: banklar və ödəniş sistemi təchizatçılarının əməkdaşlığı; ESG və rəqəmsal maliyyə yanaşması mözvularını əhatə edib.

Tədbirdə iki gün ərzində 58 spiker əlaqədar mövzularda çıxış etmişdir.

İştirakçılar və məruzəçilər arasında Visa, UPT, Sechard, Fraud.com, Kobil, Compass Plus, Netinfo, Enqura, Holicy, IMTF, Bandera agency və digər nüfuzlu şirkət nümayəndələri yer almışdır.

Tədbirin şəkilləri facebook səhifəmizdə: https://shorturl.at/aemrR

Tədbirin qısa videosu: https://www.youtube.com/watch?v=062Sx2eSKcg

Tədbirin tam videosu:  https://www.youtube.com/@gbmevents/videos

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.