ABŞ-ın 11 nəhəng bankları kiçik regional bank olan “First Republic Bank”ın iflasının qarşısını almaq üçün 30 milyard dollar maliyyə ayırıblar. Nəticədə, səhm bazarında qiymətlər bank böhranı riskinin azalmasından və sektora inamın yüksəlməsindən dolayı artmağa başlayıb.
BBN.az bu haqda BBC Business-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın FTSE 100 səhm indeksi 1%, Lyoyds və Barclays bankların isə 1.3%-dən çox yüksəlib. Fransa və Almaniyada isə səhm bazarında qiymətlər 0.6% artıb, Yaponiyanın Nikkei indeksi isə 1.2%-dən çox artıb.
Qeyd edək ki, ABŞ-da son həftədə bir neçə bankın bağlanması sektorun vəziyyəti ilə bağlı qorxuları artırıb.