Home » Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi!

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi!

by yunus
0 comments 0 views 1 minutes read

Fitch Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın Uzunmüddətli emitentin defolt reytinqini BB səviyyəsində saxlayıb. ABB-nin Dayanıqlılıq reytinqi də bb səviyyəsində qiymətləndirilib. Reytinq proqnozu isə Pozitiv olaraq müəyyənləşib.

Fitch ekspertlərinin rəyinə görə, Bankın kredit portfelinin genişlənməsi orta müddətdə müvafiq templə davam edəcək, aktivlərin keyfiyyəti isə davamlı şəkildə möhkəm qalacaq.

ABB-nin Uzunmüddətli emitentin defolt reytinqinin BB səviyyəsi Bankın güclü daxili bazar mövqeyini, dayanıqlı balans strukturunu, möhkəm maliyyə göstəricilərini əks etdirir.

Güclü balans strukturu Bankın aktivlərinin keyfiyyətinin davamlı şəkildə artmasına, yüksək gəlirliliyinə şərait yaradır, möhkəm kapital mövqeyini və likvidliyini təmin edir. Agentliyin proqnozlarına görə, Bankın əməliyyat gəlirliliyi ortamüddətli perspektivdə də güclü səviyyədə qalacaq.

Fitch Beynəlxalq Reytinq Agentliyinin rəyi ilə buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.