Home » Fitch ABB-nin reytinqlərini yenidən B səviyyəsində təsdiqlədi

Fitch ABB-nin reytinqlərini yenidən B səviyyəsində təsdiqlədi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Fitch Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb. Agentlik Bankın uzunmüddətli və qısamüddətli emitentin defolt reytinqlərini B səviyyəsində saxlayıb və reytinq proqnozunu Stabil olaraq təsdiqləyib. ABB-nin Dövlət Dəstəyi reytinqi isə NS səviyyəsində təsdiqlənib.

Agentliyin verdiyi şərhdə ABB-nin dayanıqlı maliyyə göstəricilərinə, o cümlədən möhkəm kapital buferlərinə malik olması xüsusi vurğulanır. Aşağı riskli kreditlərin portfeldəki ümumi payının, aktivlərin keyfiyyətinin, son üç ildəki layiqli gəlirliliyin Bankın adekvat likvidlik mövqeyini əks etdirdiyi göstərilir. Bildirilir ki, ABB-nin böyük kapital buferi valyuta risklərini azaldır. Bankın kapital adekvatlığı göstəriciləri requlyativ tələbləri əhəmiyyətli şəkildə üstələyir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.