Home » “Fitch” Azərbaycanda pərakəndə kreditləşmənin artması fonunda risklər barədə xəbərdarlıq edir

“Fitch” Azərbaycanda pərakəndə kreditləşmənin artması fonunda risklər barədə xəbərdarlıq edir

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan bank sektorunun orta göstəriciləri 2017-ci ildən bəri yaxşılaşıb.

Məlumata görə, bu isə kreditlərin dollarlaşmasının və ötən illərin problemli aktivləri ilə bağlı risklərin azalması nəticəsində mümkün olub.

“Bununla belə, 2021-ci ildən pərakəndə kreditləşmənin sürətli artımı, Azərbaycan Mərkəzi Bankının bu seqmentdə kredit risklərini məhdudlaşdırmaq üçün proaktiv tədbirlərinə baxmayaraq, “həddindən artıq qızma” riskləri yarada bilər”, – hesabatda qeyd olunub.

Rəsmi statistikaya görə, bu il iyulun 1-nə ölkədə fəaliyyət göstərən 22 bankın kredit portfelinin ümumi həcmi 28,472 milyard manat təşkil edib ki, bu isə il ərzində 11,96 % artım deməkdir. Bunlardan 14,58 %-i (və ya 4,152 milyard manat) valyuta kreditlərinin payına düşür.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.