Home » “Fitch”: Azərbaycanda pərakəndə kreditlərin sürətli artımı müəyyən qızışma riskləri yaradır

“Fitch”: Azərbaycanda pərakəndə kreditlərin sürətli artımı müəyyən qızışma riskləri yaradır

by Zeyneb
0 comments 1 views 0 minutes read

Azərbaycanda bank sektorunun orta göstəriciləri 2017-ci ildən etibarən yaxşılaşıb – dollarlaşma azalıb, problemli aktivlərin riski isə aşağı düşüb.

Bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Rating” açıqlama yayıb.

Məlumata görə, Azərbaycan Mərkəzi Bankının risklərin idarə olunması üçün qabaqlayıcı tədbirlər görməsinə baxmayaraq, 2021-ci ildən bəri pərakəndə kreditlərin (fiziki şəxslərə verilən) sürətli artımı müəyyən qızışma riskləri yaradır.

Fitch-in proqnozuna əsasən, Azərbaycanda ÜDM artımı 2025-ci ildə 3,5%-ə, 2026-cı ildə isə 2,5%-ə enəcək (2024-cü ildə: 4,1%). Bu azalma qlobal qiymətlərin ucuzlaşması fonunda neft-qaz sektorundakı zəifləmə ilə əlaqələndirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.