Home » Fitch Euroclear Bank-ı Rusiyaya aid aktivlərlə bağlı planlara görə “mənfi reytinq nəzarəti”nə saldı

Fitch Euroclear Bank-ı Rusiyaya aid aktivlərlə bağlı planlara görə “mənfi reytinq nəzarəti”nə saldı

by yunus
0 comments 0 views 1 minutes read

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərindən Ukrayna üçün kredit mexanizmi yaratmaq planları fonunda Euroclear Bank-ın reytinqlərini “Rating Watch Negative” (mənfi reytinq nəzarəti) siyahısına daxil edib.

BBN.az xəbər verir ki, Fitch-in açıqlamasında bildirilir ki, bu planlar hüquqi və likvidlik risklərini artıra, xüsusilə də Rusiya Mərkəzi Bankına aid öhdəliklərin ödənilməsi tələbi yarandığı halda Euroclear-in balansında müddət uyğunsuzluğuna səbəb ola bilər.

Qeyd edək ki, Belçikada yerləşən Euroclear Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl Rusiya Mərkəzi Bankına məxsus istiqrazları saxlayırdı. Sanksiyalar səbəbilə bu istiqrazlar müddəti başa çatsa da, yaranan vəsait hazırda Euroclear-də bloklanmış vəziyyətdədir və Avropa Mərkəzi Bankında gecəlik depozitlərdə yerləşdirilir.

Aİ-nin planına əsasən, Euroclear bu vəsaiti gələcəkdə Avropa Komissiyası tərəfindən buraxılacaq sıfır kuponlu istiqrazlara yatıracaq. Bunun əsasında Ukraynaya “reparasiya krediti” veriləcək. Kredit yalnız Rusiya ilə mümkün sülh razılaşmasından sonra ödəniləcək müharibə təzminatları hesabına geri qaytarılacaq.

Fitch bildirib ki, Euroclear Bank və Euroclear Holding-in:

uzunmüddətli emitent reytinqləri – “AA”

qısamüddətli reytinqləri – “F1+”

dayanıqlılıq reytinqləri – “aa”

hazırda mənfi nəzarət altındadır.

Agentlik reytinq qərarının Aİ-nin cümə axşamı və cümə günü keçiriləcək sammitində bu mexanizmlə bağlı daha çox aydınlıq yarandıqdan sonra yenidən nəzərdən keçiriləcəyini açıqlayıb.

Euroclear Bank məsələ ilə bağlı mediaya şərh verməyib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.