Home » “Fitch”: Neft 100 dollar səviyyəsində qalsa, qlobal iqtisadiyyata 500 milyard dollarlıq zərbə dəyə bilər

“Fitch”: Neft 100 dollar səviyyəsində qalsa, qlobal iqtisadiyyata 500 milyard dollarlıq zərbə dəyə bilər

by Zeyneb
0 comments 1 views 1 minutes read

Neft qiymətlərindəki artımın uzunmüddətli olması qlobal iqtisadi artıma ciddi təsir göstərə bilər.

Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilir. Qeyd olunub ki, neft qiymətlərində bahalaşma uzun müddət davam etməzsə, cari il qlobal iqtisadiyyatda 2,6 % səviyyəsində sabit artım gözlənilir.

Lakin neftin qiymətinin bir il ərzində 100 dollar/barel səviyyəsində qalacağı ssenaridə qlobal təchizatda ciddi fasilə riski artır. Bu halda, dörd rübün sonunda qlobal ÜDM-in yarım faiz bəndi azalacağı və bunun təxminən 500 milyard dollarlıq iqtisadi şok yaradacağı qeyd olunur.

Agentlik bildirir ki, neft qiymətlərinin artımı və tədarük məhdudiyyətlərinin uzun sürməsi inflyasiyanın kəskin artmasına və iqtisadi artımın zəifləməsinə səbəb ola bilər. Bununla belə, baza ssenarilərinə əsasən, qiymət artımının daha çox qısamüddətli olacağı ehtimal edilir.

Analitiklər hesab edirlər ki, Yaxın Şərqdəki mövcud gərginliyin qlobal iqtisadiyyata təsirləri böyük ehtimalla müvəqqəti xarakter daşıyacaq. Bildirilir ki, münaqişədən əvvəl bazarda artıq neft tədarükü mövcud idi və Hörmüz boğazının yenidən açılması ilə qiymətlər sürətlə aşağı düşə bilər.

Qeyd edək ki, qlobal neft tələbatının təxminən 20 %-ni təşkil edən, gündəlik 20 milyon barel neftin daşındığı Hörmüz boğazının bağlanması xam neft və neft məhsulları ticarətinin demək olar ki, dayanmasına səbəb olub. Bu isə bazarda tədarüklə bağlı narahatlıqları artıraraq qiymətlərin kəskin yüksəlməsinə gətirib çıxarıb.

Beynəlxalq Enerji Agentliyi isə Körfəz regionundan tədarükün azalması səbəbindən bu ay ərzində gündəlik təxminən 10 milyon barel neftin istismardan çıxarılacağını proqnozlaşdırır. Bu göstərici qlobal bazarda tarixdə ən böyük tədarük çatışmazlıqlarından biri kimi qiymətləndirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.