Home » Fitch: Qafqazda 2026-cı ildə iqtisadi artım yüksək olacaq, lakin geosiyasi və valyuta riskləri qalır

Fitch: Qafqazda 2026-cı ildə iqtisadi artım yüksək olacaq, lakin geosiyasi və valyuta riskləri qalır

by Zeyneb
0 comments 2 views 1 minutes read

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Qafqaz regionu üzrə 2026-cı il iqtisadi proqnozunu açıqlayıb. Agentlik regionda artım tempinin güclü qalacağını, lakin geosiyasi və valyuta risklərinin davam etdiyini bildirir.

Hesabata əsasən, Gürcüstan və Ermənistan 2026-cı ildə təxminən 5%-lik iqtisadi artım göstəricisini qoruyacaq. Gürcüstanda iri investisiya layihələri və xidmət sektorunun sürətli inkişafı, Ermənistanda isə yumşaq fiskal siyasət artımı dəstəkləyən əsas amillər kimi qiymətləndirilir.

Fitch region üçün əsas siyasi risklərdən biri kimi Azərbaycan və Ermənistan arasında sülh sazişinin hələ də imzalanmamasını göstərir. Agentlik hesab edir ki, Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri fonunda sülh prosesində irəliləyiş əldə etmək çətinləşə bilər.

Hesabatda həmçinin qeyd olunur ki, inflyasiya təzyiqlərinin artması monetar yumşalmaya imkan vermir. Yüksək dollarlaşma şəraitində mərkəzi banklar xarici volatillik və daxili siyasi risklər səbəbindən ehtiyatlı siyasət yürütməyə üstünlük verirlər.

Fitch bildirir ki, region ölkələrinin dövlət borcu səviyyəsi Mərkəzi və Şərqi Avropa (CEE) ölkələri ilə müqayisədə aşağı olsa da, xarici valyutada borcun yüksək payı valyuta risklərini artırır. Bununla yanaşı, CEE-dən kənar ölkələr, o cümlədən Qafqaz dövlətləri son illərdə valyuta ehtiyatlarını artırıblar. Cari hesab kəsirləri əsasən birbaşa xarici investisiyalar və rəsmi maliyyələşmə hesabına maliyyələşdirilir.

Agentliyin qiymətləndirməsinə görə, region üçün əsas risk faktorları Ukrayna müharibəsinin davam etməsi, ABŞ-ın ticarət siyasətində qeyri-müəyyənlik, Rusiyanın artan hibrid təhdidləri, Azərbaycan–Ermənistan sülh prosesinin uzanması və Gürcüstanın Aİ-yə inteqrasiya prosesinin dayanmasıdır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.