Home » “Fitch Ratings”: Azərbaycanda ipoteka kreditlərinin 80%-i dövlət hesabına verilir

“Fitch Ratings”: Azərbaycanda ipoteka kreditlərinin 80%-i dövlət hesabına verilir

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycanda ev təsərrüfatlarına verilən ipoteka kreditlərinin təxminən 80 faizi dövlət hesabına, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vasitəsilə həyata keçirilir.

Bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings” öz qiymətləndirməsində məlumat yayıb.

Agentliyin hesabatında qeyd olunur ki, İKZF aşağı faizli maliyyə resurslarını bazara yönəltməklə mənzillərin əlçatanlığını artırır və dövlətin milli mənzil siyasətinin əsas icraçısı kimi çıxış edir.

Fond kommersiya məqsədi daşımayan, lakin aşağı maliyyətli maliyyə resursları ilə dəstəklənən gəlirli dövlət qurumudur. 2024-cü ildə mənfəəti 23,2 milyon manat olub və əvvəlki illə müqayisədə dəyişməyib. Kredit portfelinin tədrici genişlənməsi hesabına faiz gəlirlərinin artması əmək xərclərinin yüksəlməsi ilə kompensasiya olunub. Aktivlərin keyfiyyəti güclü olaraq qalır – problemli kreditlərin payı ipoteka və kirayə mənzil mexanizmi portfelinin 0,1%-dən azdır,” – hesabatda qeyd olunur.

Xatırladaq ki, “Fitch Ratings” İKZF-nin uzunmüddətli xarici və yerli valyutada olan reytinqlərini “BBB-” səviyyəsində təsdiqləyib, proqnozu isə “Stabil” olaraq saxlayıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.