Home » Fitch Ratings İKZF-nun reytinqini BBB-/Stabil” səviyyəsində təsdiq edilib

Fitch Ratings İKZF-nun reytinqini BBB-/Stabil” səviyyəsində təsdiq edilib

by anar
0 comments 0 views 1 minutes read

15 noyabr 2024-cü il tarixində “Fitch Ratings” Agentliyi (Agentlik) tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (Fond) fəaliyyətinin növbəti qiymətləndirilməsi həyata keçirilib. Agentliyin qiymətləndirməsinə əsasən, Fondun uzunmüddətli xarici və yerli valyutada reytinqi ölkə reytinqinə bərabər “BBB-/Stabil” səviyyəsində təsdiq edilib.

“Fitch”in mövqeyinə görə reytinqin ölkə reytinqinə bərabər “BBB-” səviyyəsində (proqnoz “stabil”) təsdiq olunması Fond ilə dövlət arasında möhkəm əlaqələrin olması, əhalinin əlverişli şərtlərlə mənzillə təmin edilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin asanlaşdırılması yolu ilə biznes mühitinin inkişafında mühüm strateji əhəmiyyət kəsb etməsi ilə bağlıdır.

“Fitch Ratings” Agentliyi 2009-cu ildən etibarən Fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.