Home » “Fitch Ratings” neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb

“Fitch Ratings” neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb

by yunus
0 comments 1 views 1 minutes read

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci il üçün Brent markalı neftin baza qiymət proqnozunu bir barel üçün 70 ABŞ dolları səviyyəsində müəyyənləşdirib.

BBN.az agentliyin məlumatına istinadən xəbər verir ki, 2026–2027-ci illərdə Brent-in qiymətinin bir barel üçün 65 dollar, 2028-ci il və orta müddətli dövrdə isə 60 dollar olacağı gözlənilir. Beləliklə, proqnoz əvvəlki qiymətləndirmələrlə müqayisədə dəyişməz qalıb.

WTI markalı neft üçün proqnoz isə 2025-ci il üzrə 65 dollar, 2026–2027-ci illər üzrə 60 dollar, 2028-ci il və orta müddətli dövr üçün isə 57 dollar səviyyəsində açıqlanıb.

“Fitch” həmçinin bildirib ki, 2025 və 2026-cı illərdə qlobal neft tələbi gündəlik təxminən 700–800 min barel artacaq. Bu artımın daha zəif iqtisadi inkişaf və enerji keçidi ilə bağlı olduğu vurğulanıb.

Bununla yanaşı, Beynəlxalq Enerji Agentliyinin hesablamalarına əsasən, 2025-ci ildə qlobal neft təklifi gündəlik 2,5 milyon barel, 2026-cı ildə isə 1,9 milyon barel artacaq. Artım əsasən OPEC+ tərəfindən könüllü ixtisarların dayandırılması, eləcə də Braziliya, Kanada və ABŞ-da hasilatın genişlənməsi ilə bağlı olacaq. Proqnozlara görə, qarşıdakı iki ildə hasilat artımı tələbi gündəlik 1 milyon bareldən çox üstələyəcək və bazarda izafi təklif davam edəcək.

“Fitch” qeyd edib ki, Rusiya və İran neftinə qarşı əlavə sanksiya və tariflər qiymətlərə müəyyən risk amili gətirsə də, bu, bazarda ciddi daralmaya səbəb olmayacaq. Çünki Rusiya neftinin həcmi artıqlığı olan bazarlarda satışa yönəldilir.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı əlavə sanksiya paketi qəbul edərək neft qiymət limitini 60 dollardan 47,6 dollara endirib və Rusiya neftindən alınan məhsulların idxalına məhdudiyyət tətbiq edib. ABŞ isə Hindistanın Rusiya nefti alması səbəbindən həmin ölkədən idxala əlavə 25%-lik tarif tətbiq edib, həmçinin İran neftinin daşınması ilə bağlı bəzi gəmiçilik şirkətləri və gəmilərə sanksiyalar qoyub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.