

Çərşənbə, bu gün “Fitch Ratings”in yenilənmiş proqnozuna əsasən 2023-cü ildə Çinin iqtisadiyyatı 5% böyüyəcək. 2022-ci ilin dekabr ayında elan edilmiş əvvəlki proqnoz isə 4.1% yönündə idi. İqtisadçılar bildirirlər ki, Fitch-in dekabrda Çin ilə bağlı elan etdiyi ÜDM rəqəmləri də gözləntilərdən yaxşı olub.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, İsveçrə bankı UBS-in təxminlərinə (özünün Çinli baş iqtisadçısı Wang Tao deyib) əsasən isə Çin ailələrinin ümumi əlavə yığımlarının həcmi 4 trilyon yuandan 4.6 trilyon (təxminən 590 milyard dollardan 678 milyard dollara qədər) yuana qədərdir.
“Biz fikirləşirik ki, 2023-cü ildə əlavə yığımlar tamamilə və tez sərbəst buraxılmayacaq”. Bankdan deyilib ki, əmək bazarı və ailələrin gəlirlərinin isə yenidən bərpa edilməsinə ehtiyac var: “İstehlakçı inamı tamamilə bərpa olmayacaq, amma əvəzində isə ehtiyatı əldən verməyəcəklər”. Həmçinin cari ildə UBS təxmin edir ki, Çinin ailə təsərrüfatı istehlakçı inkişafı nominal ifadədə 10-11%-ə, real ifadədə isə 7.8%-ə yüksələcək.