Home » “Fitch” Rusiya banklarının reytinqini azaldıb

“Fitch” Rusiya banklarının reytinqini azaldıb

by bbnadm
0 comments 0 views 1 minutes read

Beynəlxalq reytinq agentliyi “Fitch” Rusiya banklarının uzunmüddətli defolt reytinqini azaldıb. Rusiya və Ukrayna arasında davam edən gərginlik səbəbindən bankların güclü təzyiq altında qalması risk faktorunun artmasına gətirib çıxardığından 32 bank “Rating Watch Negative” (RWN) statusuna gətirilib.

Reytinqi endirilən bankların siyahısına “Gazprombank”, “Home Credit”, “Alfa Bank”, “Sberbank”, “Tinkoff Bank” kimi nəhəng banklar da daxildir.

“Fitch” reytinq agentliyi bankçılıq sektorundan savayı, “Aeroflot”, “Rosseti”, “RusHydro”, “Rostelekom”, “Yandex” kimi bir sıra digər nəhəng şirkətlərin də reytinqini azaldıb.

Məlumat üçün qeyd edək ki, “Fitch” Rusiya Federasiyasının kredit reytinqini “BBB” səviyyəsindən “B” səviyyəsinə, “Moody’s” “Baa3” səviyyəsindən “B3” səviyyəsinə, Standart & Poor’s (S&P) isə “BB+” səviyyəsindən “CCC-“ səviyyəsinə endirib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.