Home » Fitch Solutions: Azərbaycanda orta illik inflyasiya 2026-cı ildə 5 % proqnozlaşdırılır

Fitch Solutions: Azərbaycanda orta illik inflyasiya 2026-cı ildə 5 % proqnozlaşdırılır

by Zeyneb
0 comments 0 views 0 minutes read

Azərbaycanda orta illik inflyasiya 2025-ci ildəki 5,6 %-lə müqayisədə 2026-cı ildə 5 % səviyyəsində proqnozlaşdırılır.

Bu barədə Fitch Solutions beynəlxalq analitik şirkətinin hesabatında bildirilib. Qeyd olunub ki, əvvəlki proqnoz göstəricisi 5,5 % təşkil edib.

Bununla yanaşı, analitiklər geosiyasi gərginlik və xüsusilə Rusiyadan ərzaq ixracına təsir edən sanksiyalar fonunda təchizat zəncirlərində mümkün pozuntuların inflyasiya üzrə riskləri artırdığını qeyd edirlər.

Hesabatda vurğulanır ki, Azərbaycan taxıl, süd və ət məhsullarının 20 %-dən 30 %-ə qədərini Rusiyadan idxal etməyə davam edir. Bu isə ölkəni artan nəqliyyat və əməliyyat xərclərinə qarşı daha həssas edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.