Home » AMB inflyasiya təzyiqləri fonunda ehtiyatlı pul siyasətini davam etdirəcək

AMB inflyasiya təzyiqləri fonunda ehtiyatlı pul siyasətini davam etdirəcək

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) inflyasiya təzyiqləri fonunda ehtiyatlı pul siyasətini davam etdirməyi planlaşdırır.

Fitch Solutions şirkətinin Azərbaycanla bağlı son proqnozunda bildirilir ki, Mərkəzi Bank 2025-ci ilin qalan dövründə və 2026-cı ildə ehtiyatlı və məlumatlara əsaslanan pul siyasətini prioritet saxlayacaq.

Proqnoza əsasən, inflyasiya təzyiqləri davam etdiyi üçün AMB faiz dərəcələrini azaltmağa tələsməyəcək. Lakin iqtisadi artımın zəifləməsi və qiymət artımının sabitləşməsi halında mərhələli şəkildə yumşaldıcı pul siyasətinə keçid mümkündür.

Uçot dərəcəsinin 2025-ci ildə 6,75%, 2026-cı ildə isə 6,25% səviyyəsində formalaşacağı gözlənilir. Bu, 2020–2024-cü illərdə müşahidə olunan orta göstəricilərdən bir qədər aşağıdır. Gözləntilər qlobal neft qiymətlərinin azalması və iqtisadi aktivliyin zəifləməsi ilə əlaqələndirilir.

Hesabata əsasən, qiymət təzyiqləri davamlı olaraq qalır və 2025-ci ilin sonuna qədər inflyasiyanın 6 faizədək yüksələcəyi proqnozlaşdırılır. Artım əsasən ərzaq məhsullarının bahalaşması və xidmət sektorundakı tarif tənzimləmələri ilə bağlıdır. 2026-cı ildə isə bu təzyiqlərin bir qədər azalacağı gözlənilir.

Hazırda AMB-nin uçot dərəcəsi 7,00 faiz səviyyəsində saxlanılır. Mərkəzi Bank inflyasiyanın 2–6 faiz hədəf diapazonunu qorumaq məqsədilə ehtiyatlı addımlar atır və qiymət sabitliyi tam təmin olunmadan faiz endiriminə getməyi planlaşdırmır.

Xatırladaq ki, AMB 2024-cü ilin may ayından uçot dərəcəsini sabit saxlayır və iyul ayında ilk dəfə olaraq 0,25 faiz bəndi endirib. Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını 22 oktyabr 2025-ci il tarixində açıqlayacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.