
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli xarici valyutada emitent defolt reytinqi üzrə proqnozu “sabit”dən “müsbət”ə yüksəldib, reytinqi isə “BB-” səviyyəsində təsdiqləyib.
Agentlik qərarını ölkənin valyuta ehtiyatlarının gözləniləndən daha sürətli artması və xarici həssaslıqların azalması ilə əsaslandırıb.
Məlumata görə, Türkiyənin ümumi valyuta ehtiyatları 2026-cı ilin yanvar ayında 205 mlrd. ABŞ dollarına çatıb. Svop əməliyyatları istisna edilməklə xalis ehtiyatlar isə mənfi səviyyədən 78 mlrd. dollara qədər bərpa olunub.
“Fitch” dollarlaşmanın azalmasını və makroiqtisadi siyasətin nisbətən sərt qalmasını müsbət faktor kimi qiymətləndirir. Bununla yanaşı, yüksək inflyasiya və pul siyasətinə mümkün siyasi müdaxilələr reytinq üçün əsas risk amilləri olaraq qalır.
Agentliyin proqnozuna əsasən, Türkiyədə inflyasiya 2027-ci ilin sonuna 19,5% səviyyəsində formalaşa bilər.





