Home » “Fold” və “Visa” bitkoin kartı layihəsində tərəfdaşlığa girib

“Fold” və “Visa” bitkoin kartı layihəsində tərəfdaşlığa girib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İstifadəçilərinə bitkoin kriptovalyutasından istifadə etməklə alış-veriş etmək imkanı tanıyan Atlanta mərkəzli “Fold” şirkəti “Visa” şirkəti ilə əməkdaşlığa girərək “Fold Card” layihəsini həyata keçirir. “Fold Card” istifadəçilərinə dollar valyutası ilə əməliyyatlarını həyata keçirməyə imkan tanımaqla yanaşı, əməliyyatların 10%-i həcmində bitkoin hədiyyə edilir. Yeni kartın 2020-ci ilin iyulunda ilkin olaraq ABŞ-da istifadəyə veriləcəyi, daha sonra isə digər ölkələrin bazarına daxil ediləcəyi bildirilib.

“Fold” və “Visa” şirkətləri bu əməkdaşlıq nəticəsində istifadəyə veriləcək məhsulun bitkoin və bir sıra digər kriptovalyutaların fərdlər və şirkətlər arasında daha da çox yayılmasını təmin edəcəyini açıqlayıblar. Əsas səbəb kimi isə, əməliyyatlar nəticəsində hesaba yığılan bitkoin hədiyyələrinin son istifadə tarixinin olmayacağı göstərilib. İstifadəçilər bitkoinləri “Fold” tətbiqetməsində xərcləməklə yanaşı, toplayaraq nağd pula konvertasiya etmək imkanı əldə edəcəklər.

Məlumat üçün qeyd edək ki, 2014-cü ildə yaradılan “Fold” şirkəti 3.3 milyon dollardan çox investisiya cəlb edə bilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.