Home » Forbes: Avstraliyanın Mərkəzi Bankı faiz dərəcələrini son 9 ildə ilk dəfə ən yüksəyə qaldırdı

Forbes: Avstraliyanın Mərkəzi Bankı faiz dərəcələrini son 9 ildə ilk dəfə ən yüksəyə qaldırdı

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Avstraliyanın Mərkəzi Bankı ardıcıl 7 ayda faiz dərəcələrini artırıb, Bank daha 25 baza bəndi artım edərək 2.85%-ə çatdırıb, bu isə son 9 ildə ən yüksək göstəricidir. Və daha çox faiz artımı ilə bağlı qərarlar isə qarşıdadır. 

BBN.az Forbes nəşrinə istinadən xəbər verir ki, yeni qərar bir çox ekspertlərin gözləntiləri ilə üst-üstə düşür, hətta bəziləri deyirdilər ki, Bank 50 baza bəndi artıma gedəcək. Heç kim Bankın faiz dərəcələrini artırmayacağı ilə bağlı bir fikirdə deyildi.

Maliyyə qurumu aqressiv faiz artımı qərarı qəbul etməklə çalışır ki, müştərilərin xərcləmələrini azaltsın və bununla da artıq 7.3%-ə çatan inflyasiyanı yavaşlatsın. 

Mərkəzi Bankın rəhbəri Philip Lowe bankın görüşündən sonrakı açıqlamasında deyib ki, “bir çox ölkələrdə olduğu kimi Avstraliyada da inflyasiya çox yüksəkdir. Sentyabrda illik inflyasiya 7.3% olub, bu isə son 3 onillikdə ən yüksəkidir”. 

O, əlavə edib ki, faiz dərəcələrinin artımından sonra, bir qədər rahatlıq qarşıdakı aylarda olacaq. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.