Home » Forbes: Bitcoin-in qiyməti kəskin ucuzlaşıb

Forbes: Bitcoin-in qiyməti kəskin ucuzlaşıb

by anar
0 comments 7 views 1 minutes read

Cümə axşamı bitcoin-in qiymətində kəskin azalma müşahidə edilib. Həmin gün 9%-dən çox ucuzlaşıb. Bitcoin-in qiymətində kəskin ucuzlaşmanın səbəbi isə qeyri-müəyyəndir. Ancaq qeyd edilir ki, səbəblər sırasında bazar ilə bağlı gələcək qeyri-müəyyənlik yer alır. 

BBN.az Forbes nəşrinə istinadən xəbər verir ki, bir neçə həftədir ki, bitcoin və digər kriptovalyutaların qiymətində enmə müşahidə edilməkdədir. 

Bildirilir ki, cümə axşamından başlayaraq investorlar bazara gələcək razılaşmalar üçün yüz milyonlarla dollar likvidlik axını ediblər və bu isə kripto bazarında qorxu yaradıb. Əsasən bu hal o zaman baş verir ki, kripto bazarında qiymətlərdə kəskin azalma müşahidə edilir. Belə bir hal artıq bitcoin və digər kriptolar üçün ənənəvi haldır. Son aylarda onlar dəyər itirəndə investorlar bazara likvidlik axını edirdilər.  

Qeyd edək ki, hazırda bitcoin və digər kriptoların təhlükəsiz aktiv olub-olmaması ilə bağlı müzakirələr aparılmaqdadır. Həmçinin Forbes nəşri yazır ki, bununla belə bitcoin-in qiyməti 28.000 dollar ətrafında cərəyan edir. Bu isə 2021-ci ilin noyabr ayında qeydə alınan özünün ən pik qiyməti olan 64.400 dollardan təxminən 56% aşağıdır.  

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.