“Yahoo Finance”ya əsasən fevralın 2-də “Facebook”un ana şirkəti Meta-nın səhmlərinin dəyəri son 10 ildə, 2013-cü ilin iyulun 25-dən bəri ən böyük – 23% dəyər əldə edib. Bu həm də 2012-ci ildə şirkət ictimaiyyətə açıqlandıqdan bəri isə Meta səhmləri üçün ən yaxşı 2-ci gün olub.
BBN.az Forbes Business-ə istinadən xəbər verir ki, son hesablamalara görə cümə axşamı (daha dəqiq 2023-cü il fevralın 2-də) şirkətin rəhbəri Mark Zuckerberg-in şəxsi sərvətinin həcmi isə 12 milyard dollara qədər artıb və 67.2-yə çatıb.
Həmin gün Meta-nın bağlanış səhm qiyməti son 8 ayın ən yüksəyinə 189 dollara yüksəlib, amma yenə də özünün 2021-ci il sentyabrdakı pik qiymətindən 50% aşağı olub.