Home » Ford Avropada 4 min işçisini işdən çıxarır

Ford Avropada 4 min işçisini işdən çıxarır

by yunus
0 comment 0 views 1 minutes read

Ford Motor, daha sərfəli rəqabətə davamlı bir struktur yaratmaq planının bir hissəsi olaraq Avropadakı işçi qüvvəsini azaldacağını və 4 min nəfəri işdən çıxaracağını açıqladı.

BBN.az xəbər verir ki,şirkət tərəfindən verilən açıqlamada rəqabətin artması və sənayenin elektrikləşdirməyə doğru dəyişməsi şəraitində Avropada daha çox rəqabətədavamlı bir struktur yaratmaq və böyüməni davam etdirmək üçün yenidən strukturlaşdırma planı elan edildiyi bildirildi.

Açıqlamada bu qərarın ilk növbədə Almaniya və Böyük Britaniyaya təsir edəcəyi bildirilib.Planlaşdırılan tədbirlər Almaniyada təxminən 2,9 min, Böyük Britaniyada 800, digər ölkələrdə isə 300 iş yerinə təsir edəcək. Bundan əlavə, şirkət Köln zavodunda “Explorer” və “Capri” markalı elektrik avtomobillərinin istehsalını azaltmaq niyyətindədir.

“Aydındır ki, bu, Avropada “Ford” üçün çətin gündür. Lakin mövcud vəziyyəti nəzərə alaraq, bunun zəruri olduğuna inanırıq”, – deyə şirkətin insan resursları üzrə vitse-prezidenti Piter Qudsel bildirib.

Açıqlamada Fordun Avropaya sadiq qaldığı vurğulanıb və şirkətin son dörd ildə Avropadakı əməliyyatlarını transformasiya etmək, işçilərini yenidən hazırlamaq və yeni nəsil elektrikli avtomobillər istehsal etmək üçün əhəmiyyətli investisiyalar etdiyi xatırladılıb.

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.