Home » Fransada inflyasiya rekord pilləyə yüksəlib

Fransada inflyasiya rekord pilləyə yüksəlib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Avropanın ən böyük iqtisadiyyatlarından olan Fransa Respublikasında istehlak qiymətləri indeksi sürətlə artmağa davam edir. Belə ki, Fransanın Statistik və İqtisadi Araşdırmalar İnstitutunun (İNSEE) yaydığı məlumata istinadən, mart ayı üzrə istehlak qiymətləri indeksi bir əvvəlki ay ilə müqayisədə artım göstərərək, 1.4% səviyyəsində yüksəlib. Ötən ilin müvafiq ayına nisbətdə inflyasiya göstəricisində artım 4.5% təşkil edib.

“Reuters” iqtisadçıları araşdırmalar nəticəsində inflyasiyanın 4.8% səviyyəsinə qədər qalxacağı ilə bağlı proqnozlar verib. Göstərici son 35 ilin ən yüksək səviyyəsində qərarlaşıb. Sonuncu dəfə, 1986-cı ildə rekord inflyasiya göstəricisi qeydə alınıb.

İNSEE hesabatına əsasən, neft və neft məhsullarında 43.5%, ərzaq məhsullarında 2.9%, xammal materiallarında isə 2.1%-lik artım qeydə alınıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.