Home » Fransanın digər bir bankı da rəqəmsal avronun sınaqlarına başlayıb

Fransanın digər bir bankı da rəqəmsal avronun sınaqlarına başlayıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Fransanın ən böyük banklarından olan  “Societe Generale” rəsmi olaraq “Mərkəzi Bank Rəqəmsal Valyutası” (CBDC) layihəsini avro formasında sınaqdan keçirməyə başladığını açıqlayıb. İlkin olaraq, bank blokçeyn platforması vasitəçiliyi ilə rəqəmsal avro tranzaksiyasının həyata keçirməyi sınaqdan keçirib.

CBDC layihəsi uzun illərdir ki, bir çox Avropa ölkələrinin, habelə Çin və Cənubi Koreyanın diqqətini cəlb edib. Bununla belə, rəqəmsal valyuta formasıda testlərə start verən ilk ölkələrdən biri Fransadır. Fransanın testlərə indi başlamasının əsas səbəbi kimi, koronavirus pandemiyası səbəbindən istehlakçıların rəqəmsal ödənişlərə daha çox yönəlməsi göstərilir. Qeyd edə ki, bundan əvvəl “Banque de France” sınaqlara başladığını açıqlayıb.

Rəqəmsal avronun test mərhələsi əsas üç istiqamətdə keçiriləcək. Belə ki, sınaq müddətində Mərkəzi Bankın rəqəmsal valyutasında həyata keçiriləcək ödənişlərin maliyyə alətlərinə, rəqəmsal aktivlərə və digər rəqəmsal ödəniş vasitələrinə təsiri öyrəniləcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.