Home » Füzulidə növbəti əmək yarmarkası təşkil olunub

Füzulidə növbəti əmək yarmarkası təşkil olunub

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İşsiz və işaxtaran şəxslərə 20 müəssisədən 300-ə yaxın vakansiya təqdim olunub.

Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.

Agentlik tərəfindən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə növbəti əmək yarmarkası təşkil olunub.

Tədbir çərçivəsində işəgötürənlərin iştirakı ilə keçirilən görüşdə onlara işğaldan azad edilmiş əraziləriimizdə həyata keçirilən məşğulluq tədbirləri, işəgötürənlərə dəstək  layihələri barədə ətraflı təqdimat edilib.

Əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə 20 işəgötürən tərəfindən 300-ə yaxın vakansiya təqdim olunub. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Həmçinin onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumat çatdırılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.