Home » Fərid Hüseynov Bir Ecosystem-in Baş icraçı direktoru təyin olunub

Fərid Hüseynov Bir Ecosystem-in Baş icraçı direktoru təyin olunub

by Zeyneb
0 comments 1 views 1 minutes read

Fərid Hüseynov sosial media hesabında paylaşım edərək Bir Ecosystem-in Baş icraçı direktoru (CEO) vəzifəsinə başladığını açıqlayıb.

O bildirib ki, bu təyinat onun peşəkar karyerasında təkcə növbəti mərhələ deyil, eyni zamanda böyük məsuliyyət deməkdir. Kapital Bank-dakı fəaliyyəti ilə paralel olaraq Bir Ecosystem-ə rəhbərlik etmək ona Azərbaycanın rəqəmsal gələcəyinin formalaşmasında birbaşa iştirak imkanı yaradır.

Fərid Hüseynovun sözlərinə görə, Bir Ecosystem maliyyə, ödənişlər, fintex və elektron ticarət sahələrini vahid strategiya çərçivəsində birləşdirən Azərbaycanın ilk tam inteqrasiyalı rəqəmsal modelidir. O qeyd edib ki, ekosistemin növbəti inkişaf mərhələsi ölkənin qeyri-neft sektorunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Yeni Baş icraçı direktor bildirib ki, o, rəhbərlik estafetini ekosistemin formalaşmasında mühüm rol oynamış **Fərid Məmmədov**dan qəbul edir. Fərid Məmmədovun Müşahidə Şurasının sədri kimi fəaliyyətini davam etdirməsi isə seçilmiş strateji yolun davamlılığını təmin edən əsas amillərdən biri kimi qiymətləndirilib.

Məlumata görə, yeni mərhələdə Bir Ecosystem-in idarəedilməsi güclü peşəkar komanda tərəfindən həyata keçiriləcək. Belə ki, fintex biznesinə Cavid Mirzəyev, ödənişlər biznesinə Cəlal Orucov, elektron ticarət istiqamətinə isə Samir Məmmədov rəhbərlik edəcək.

Paylaşımda vurğulanıb ki, Bir Ecosystem vahid orqanizm kimi fəaliyyət göstərəcək, qərarlar kollektiv şəkildə qəbul olunacaq və əsas məqsəd müştərilər, tərəfdaşlar və ümumilikdə Azərbaycanın rəqəmsal ekosistemi üçün real dəyər yaratmaq olacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.