Home » Gəncədə sahibkarlarla görüş keçirilib

Gəncədə sahibkarlarla görüş keçirilib

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Gəncə şəhərində keçirilən görüşdə sahibkarlar turizmə dəstək tədbirləri və mövcud imkanlar, eləcə də Türkiyə təcrübəsi barədə məlumatlandırılıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Gəncə Regional Turizm İdarəsinin dəstəyi ilə Gəncə şəhərində turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

YAP Gəncə şəhər Təşkilatının binasında keçirilən görüşdə 30-a yaxın sahibkar, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin, Türkiyə Respublikasının Gəncə Baş Konsulluğunun, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun və digər qurumların nümayəndələri iştirak ediblər.

Görüşdə sahibkarlar turizm sahəsində dövlət dəstəyi tədbirləri, bu sahədə imkanlar barədə məlumatlandırılıb. Tədbirdə həmçinin Türkiyənin Gəncə Baş Konsulu turizm potensialının genişləndirilməsi istiqamətində Türkiyə təcrübəsi barədə danışıb.

Görüşdə sahibkarlıq subyektlərini maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.