Gənclər üçün “Peşəkar Uğurun Əsasları” adlı online təlimlərə başlanıb

“Azərbaycanda innovasiya və məşğulluğun inkişafı” proqramı iştirakçıları üçün “Peşəkar Uğurun Əsasları” adlı online təlimlərə başlanıb.
 

“Peşəkarlığın İnkişafı və İnnovasiyalar Platforması” metodologiyasına əsasən təşkil edilən kursa 27 gənc cəlb edilib.
 

Onlara 2 həftə ərzində karyera planlaması, davamlı inkişaf bacarıqları, tənqidi düşüncə və emosional zəka, şəxsi brendinq və şəbəkələşmə, onlayn sahibkarlıq mövzuları tədris olunur.

“Azərbaycanda innovasiya və məşğulluğun inkişafı” proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, BMT İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə icra olunur.
 

Gəncə, Zaqatala və Sumqayıt şəhərlərində həyata keçirilən layihənin məqsədi peşəkar, səriştəli və işgüzar düşüncəli gənclərin yetişdirilməsi və onların yerli əmək bazarında dayanıqlı məşğulluğa nail olmalarına dəstək verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır