Home » “Geotermal enerjinin əhəmiyyəti və iqtisadi inkişafa töhfəsi” mövzusunda onlayn seminar keçirilib

“Geotermal enerjinin əhəmiyyəti və iqtisadi inkişafa töhfəsi” mövzusunda onlayn seminar keçirilib

by bbnadm
0 comments 0 views 0 minutes read

Dekabrın 7-də Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində fəaliyyət göstərən “Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi” üzrə İşçi Qrupun təşəbbüsü ilə “Geotermal enerjinin əhəmiyyəti və iqtisadi inkişafa töhfəsi” mövzusunda onlayn seminar keçirilib.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin facebook səhifəsi vasitəsilə canlı keçirilən vebinarda İzmir Yüksək Texnologiya İnstitutunun professoru, Dr. Alper Baba tərəfindən dünyada bərpa olunan enerji istehsalında geotermal enerjinin rolu, iqtisadi inkişafa təsiri, texnoloji irəliləyişlər və digər məsələlər barədə ətraflı məlumat verilib.

Sonda izləyicilərin mövzu ilə bağlı sualları cavablandırılıb.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.