
“Goldman Sachs” 2027-ci il üçün neftin qiyməti proqnozunu aşağı salıb.
BBN.az xəbər verir ki, “Goldman Sachs” qlobal neft qiymətlərinin daha tədricən bərpa mərhələsinə girəcəyini bildirib.
Bankdan bildirib ki, qlobal neft qiymətləri bu ilin son rübündə ən aşağı səviyyəyə düşdükdən sonra əvvəllər gözləniləndən daha gec və daha tədricən bərpa prosesinə qədəm qoyacaq.
Bank analitikləri ABŞ, Venesuela və Rusiyadan artan tədarük səbəbindən 2027-ci il üçün Brent və WTI xam neftinin qiyməti proqnozlarını 5 dollar/barel azaldıblar. Müvafiq olaraq, 2027-ci ildə Brent neftinin orta qiymət gözləntisi 58 dollar/barel, WTI isə 54 dollar/barel olaraq yenidən nəzərdən keçirilib.







