Home » “Gömrük Əməkdaşlığı üzrə Şərq Tərəfdaşlığı” mövzusunda təlim keçirilib

“Gömrük Əməkdaşlığı üzrə Şərq Tərəfdaşlığı” mövzusunda təlim keçirilib

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Litva Respublikasının paytaxtı Vilnüs şəhərində “Gömrük Əməkdaşlığı üzrə Şərq Tərəfdaşlığı” mövzusunda təlim keçirilib.

Avropa Komissiyası, Avropa Xarici İşlər Nazirliyi, Litva Respublikasının Xarici İşlər Nazirliyi və Gömrük Departamentinin təşkil etdiyi seminar 2 gün davam edib. Tədbirdə Şərq tərəfdaşlığı ölkələrinin gömrük və sərhəd xidmətlərinin mütəxəssisləri təmsil olunub. Seminarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Katibliyinin rəisi Əsgər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Tədbirin məqsədi Şərq tərəfdaşlığı ölkələri arasında inteqrasiya edilmiş sərhəd idarəçiliyi, qabaqcıl təcrübələrin öyrənilməsi və paylaşılması sahəsində əməkdaşlığın gücləndirilməsidir.

Seminarda gömrük sahəsində Avropaya inteqrasiyaya dair son nailiyyətlər, qarşıda duran vəzifələr, gələcək birgə fəaliyyət üzrə perspektivlər barədə təqdimatlar nümayiş etdirilib.

Həmçinin seminar iştirakçılarının Litva-Belarus sərhədində yerləşən “Medininkai” gömrük-sərhəd buraxılış məntəqəsinə və yük nəqliyyat vasitələrinin dayanacağına səfəri təşkil edilib, onlara elektron növbə sistemi, sərhəd idarəçiliyində tətbiq edilən yeniliklər barədə məlumat verilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.