Fevralın 3–də Türkiyə Respublikasının Ədirnə şəhərində ABŞ Dövlət Departamentinin təşkilatçılığı ilə “Gömrük xəttində xidmət edən zabitlər üçün sərhədlərin mühafizəsi” mövzusunda təlim keçirilib.
Tədbirdə Türkiyənin gömrük xidmətinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak edib.
Tədbirin keçirilməsində məqsəd gömrük təhlükəsizliyi metodları və bu istiqamətdə beynəlxalq səviyyədə uğurlu olan təcrübələr, qaçaqmalçılığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə mövzuları ətrafında müzakirə aparmaq, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir.