Home » “Google” ABŞ-da məlumat mərkəzləri üçün yeni müqavilə imzalayıb

“Google” ABŞ-da məlumat mərkəzləri üçün yeni müqavilə imzalayıb

by yunus
0 comments 0 views 1 minutes read

“Google” ABŞ-da məlumat mərkəzləri üçün yeni müqavilə imzalayıb.

BBN.az xəbər verir ki, “Google” Nevada ştatında yerləşən məlumat mərkəzləri şəbəkəsini enerji ilə təmin etmək məqsədilə bərpa olunan enerji sahəsində fəaliyyət göstərən “Ormat Technologies” şirkətinin geotermal mənbələrindən istifadə etməyi planlaşdırdığını açıqlayıb.

Çərşənbə axşamı elan edilən elektrik enerjisi alqı-satqı sazişinin şərtlərinə əsasən, “Ormat” Nevada ştatında fəaliyyət göstərən və “Berkshire Hathaway Inc.” şirkətinə bağlı olan ictimai kommunal xidmət müəssisəsi “NV Energy” ilə mövcud tənzimləmə çərçivəsində “Google”a 150 meqavattadək elektrik enerjisi tədarük edəcək. “Ormat” bu enerjini hazırda inkişaf mərhələsində olan bir sıra yeni geotermal layihələr vasitəsilə istehsal etməyi hədəfləyir.

Şirkət bildirib ki, saziş ilk layihələrin kommersiya fəaliyyətinə başlaması ilə qüvvəyə minəcək və bunun 2028–2030-cu illər arasında baş verməsi gözlənilir. Qeyd olunub ki, razılaşma son layihənin istismara verilməsindən 15 il sonra başa çatacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.