Home » Google, Aİ rəqabət cəzasına qarşı iddiada qalib gəldi

Google, Aİ rəqabət cəzasına qarşı iddiada qalib gəldi

by yunus
0 comment 0 views 0 minutes read

Avropa İttifaqının (Aİ) Baş Məhkəməsi AdSense reklam xidmətində bazar üstünlüklərindən sui-istifadə etdiyinə görə Avropa Komissiyasının Google texnologiya şirkətinə 5 il əvvəl tətbiq etdiyi 1,49 milyard avro cəriməni ləğv edib.

BBN.az xəbər verir ki, 2019-cu il qərarında Avropa Komissiyası, Google-un şirkətin axtarış reklamları təqdim edən AdSense platformasından kənar vasitəçilərdən istifadə etməsinə mane olmaq üçün dominantlığından sui-istifadə etdiyini bildirmişdi.

Google-a ümumilikdə 8,25 milyard avroya başa gələn üç cərimədən biri olan AdSense cəriməsi 2010-cu ildə Microsoft-un şikayətindən sonra başlamışdı.

Google, Komissiyanın qərarından əvvəl, 2016-cı ildə hədəflənmiş müqavilələri dəyişdirdiyini bildirib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.