
Bazar ertəsi günü Google şirkəti yeni çatbot xidməti olan “Bard”ı təqdim edib və bu isə viral uğur əldə edən ChatGPT-yə görə yaradılıb.
BBN.az CNN Business-ə istinadən xəbər verir ki, Alphabet-in törəmə şirkəti olan Google-un CEO-su Sundar Pichai özünün bloq postunda bildirib ki, xidmət bazar ertəsi günündən başlayaraq test rejimində çalışacaq və yaxın həftələrdə isə ictimaiyyətə açıq olacaq.

AI tədqiqat şirkəti olan OpenAI tərəfindən noyabrda ictimaiyyətə açıqlanan ChatGPT kimi Bard da müxtəlif dilləri dəstəklədiyi bildirilir.
Qeyd edək ki, Microsoft OpenAI-yə (ChatGPT) milyarlarla dollar investisiya edəcəyini açıqlayıb və bundan sonra Google şirkəti də oxşar aləti işə salmaq barədə planlarını elan edib.





