Home » “Google” səs ilə ödəniş funksiyasını işə salıb

“Google” səs ilə ödəniş funksiyasını işə salıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Texnologiya nəhəngi “Google” yaxın günlərdə sınaq mərhələsini həyata keçirdiyi “Confirm with Voice Match”, yəni səs ilə ödənişi təsdiqləmə funksiyasını işə salıb. Bu funksiya istifadəçilərin “Google Assistant” tətbiqetməsi vasitəçiliyi ilə, həyata keçirilən ödənişlərin səs ilə təsdiq etməsinə şərait yaradır. Hal-hazırda yalnız məhdud sayda istifadəçilərə təqdim olunan bu funksiyanı “Google Assistant” tətbiqetməsinin tənzimləmələr bölməsindən aktivləşdirmək mümkündür.

İlkin mərhələdə yalnız məhdud sayda tətbiqetmədaxili ödənişlərin həyata keçirilməsində istifadəsi mümkün olan bu funksiyanın əhatə dairəsinin artırılması planlaşdırılır. “Confirm with Voice Match” funksiyasından istifadədə tranzaksiyanın həcmi və gündəlik həyata keçirilən tranzaksiyaların sayına da məhdudiyyətlər tətbiq olunub.

Qeyd edək ki, funksiya aktivləşdirildikdə, “Google Assistant” sizə digər şəxslərin cari funksiya vasitəsilə səs oxşarlığından və ya sizin səsinizin yazıldığı fayldan istifadə etməklə ödənişləri həyata keçirə biləcəyi ilə bağlı xəbərdarlıq edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.