Texnologiya nəhəngi Google, vərəmdən əziyyət çəkən birini müəyyən etmək üçün öskürək, burun tutulması və nəfəs darlığı kimi 300 milyon audio parça ilə əsas süni intellekt modellərindən birini öyrətdi. Bu xüsusiyyətdən istifadə edən insanlar tənəffüs orqanlarının sağlamlığı sahəsində tez bir zamanda diaqnoz qoyub müalicəyə başlaya biləcəklər.
BBN.az xəbər verir ki,süni intellekt yetişdirən model sayəsində məsələn, süni intellekt qriplə mübarizə aparan birinin danışmasından xəstə olduğunu anlayacaq.
Smartfonlar vasitəsilə asanlıqla əldə edilə bilən bu xidmət səhiyyəyə çıxış imkanları az olan regionlar üçün ümidverici olub. Google Hindistan şirkəti Salcit Technologies ilə bu texnologiyanı smartfonlara daxil etmək üçün əməkdaşlıq edib və bu texnologiya səhiyyəyə çıxışı zəif olan coğrafiyalardakı yüksək riskli əhaliyə potensial olaraq kömək edə bilər.